Bir neçə gündür əsən güclü külək evlərin dam örtüyünü sıradan çıxarıb. Milli.Az ANS TV-yə istinadən bildirir ki, güclü külək Binəqədi rayonu, Həmzə Babaşov, 18 ünvanında, 5-mərtəbəli binanın dam örtüyünü uçuraraq yerə salıb. Sakinlərin öz hesablarına düzəltdikləri dam örtüyü ərazidən keçən işıq xətinin üstünə düşüb və bir müddət binada elektrik olmayıb. Uçan tək dam örtüyü deyil, həm də qəzalı vəziyyətdə olan binadan qopan daşlardır. Xoşbəxtlikdən, hadisə baş verən zaman ərazidə nə insan, nə də avtomobil olub.
Təbii fəlakət ziyansız da ötüşməyib. Dam örtüyünün uçması mənzillərdən birinin tavanını da yerindən çıxarıb. Sakinlər qəzalı vəziyyətdə olan binadakı təhlükənin hər an arta bilcəyindən narahatdılar.
Hadisədən sonra MİS, eləcə də rayon icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçiriblər. Lakin heç bir tədbir görməyərək gəldikləri kimi də gediblər. 108 saylı MİS-dən bildirdilər ki, MİS rəisi hadisə yerindədir və məsələdən xəbərdardır. Məsələdən xəbərdar olan MİS rəisi və icra nümayəndələri hadisə yerində deyil, binadan bir qədər aralıda idilər, amma müsahibə verməkdən yayınıb, gözdən itdilər.
Belə olan halda Binəqədi Rayon İcra Hakimiyyətinə yollandıq. Burada da suallarımızı cavablandıran olmadı. Bildirdilər ki, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Binəqədi rayonu sektoruna müraciət edin. Orada suallara cavab verən olmadı.Hər halda, təbii fəlakət olsa belə, hər bir qurumun daşıyacağı məsuliyyət var. Nədənsə baş vermiş bu hadisədə aidiyyatı qurumlar məsuliyyətdən yayındılar.

Mənbə: Milli.Az