ABŞ-ın Alyaska ştatının Aleut adaları sahillərində 8 bal gücündə zəlzələ baş verib.Lent.Az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbər ABŞ Geoloji Xidmətin saytında yayılıb.Məlumata əsasən, yeraltı təkanların mərkəzi Kiçik Sitkin adalarının cənub –qərbində yerləşib. Ocağın dərinliyi 114,4 km-də olub.Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunub.
Mənbə: Lent.Az