ABŞ-ın Ohayo ştatındakı "Fastrax" paraşütçülər qrupu unikal trükü gerçəkləşdiriblər.Təyyarədən atılan və yerə doğru 210 km/saat sürətlə hərəkət edən paraşütçü-skaydayverlər ayaqlarına və qollarına bərkitdikləri fişəngləri yandırıblar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fişənglər alışanda səmada ecazkar mənzərə yaranıb.
Bu trük çox riskli və təhlükəli olduğundan onun icrasına yalnız paraşütlə ən azı 2 min dəfə atılmış şəxslər qatıla bilərlər.
6500 metr yüksəklikdən atılan paraşütçülər trükdən həzz aldıqlarını deyiblər."Belə şoular və feyerverkləri gerçəkləşdirməyimiz əladır. Səmada uçuşla iz qoyuruq. Risk də çox böyük deyil. Fişənglər balacadır", - qrupun rəhbəri Con Hart deyib.
Mənbə: Milli.Az