20-ci Dünya Çempionatının 1/8 finalının ilk cütlükləri məlumdur. ANS PRESS-in məlumatına görə, gecə baş tutan qarşılaşmalardan sonra Braziliya və Hollandiya milliləri öz qrupları üzrə birinci yeri tutublar. A qrupunun lideri Braziliya 1/8 finalda B qrupunda ikinci olan Çili ilə görüşəcək. B qrupunun lideri Hollandiya isə 1/8 finalda A qrupunda ikinci olan Meksika ilə qarşılaşacaq. Qeyd edək ki, Braziliya-Çili matçı iyunun 28-də, Hollandiya-Meksika matçı isə iyunun 29-da keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə: ANS PRESS