Qadin.NET / Alimlər sosial şəbəkələri də dərs planına salmağı təklif edirlər

Alimlər sosial şəbəkələri də dərs planına salmağı təklif edirlər

 

Amerikalı alimlər hesab edirlər ki, dərs prosesində sosial şəbəkələrin müsbət cəhətlərindən faydalanmaq lazımdır

Facebook-un xəbər lentini, ümumiyyətlə, internet saytları izləyərkən yadda saxlayın ki, bunu etməklə qiymətlərinizi aşağı salırsınız. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu yaxınlarda aparılmış araşdırma göstərib ki, dərs zamanı elektron poçtlarını, Whatsapp mesajlarını və ya Facebook lentlərini yoxlayan tələbələr təhsildə uğursuzluğa düçar olurlar.
Əvvəllər belə düşüncə var idi ki, əgər insan eyni vaxtda bir neçə iş görürsə, beyin fəaliyyətinin effektivliyi artır. Son araşdırmalar isə əksini sübut edib.
"Computers & Education" jurnalında dərc olunmuş məqalədə deyilir ki, internetin qeyri-akademik səviyyədə istifadəsi araşdırılıb. Tədqiqatda iştirak edən 500 tələbədən mühazirə zamanı nə etdiklərini soruşublar. Onların hər birinin əlində qeyd üçün smartfon və ya planşet olub. Ancaq tələbələr həmin qadjetləri mühazirəyə aid olmayan qeyri-akademik məqsədlər üçün də istifadə ediblər. Onların diqqətlərinin yayınması yekunda aşağı qiymətlərə səbəb olub.
Digər bir araşdırma isə göstərib ki, 19-29 yaş arasında olan tələbələrin 90%-i sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Onların isə tam yarısı sosial şəbəkələrə girmək üçün smartfonlardan istifadə edirlər.
Alimlər əmindirlər ki, dərs zamanı telefonların tələbələrdən alınması problemi həll etməyəcək. Əksinə, interneti dərs planının vacib elementləri sırasına salmaq lazımdır. Çünki sosial şəbəkədə yazışmağın müsbət tərəfləri də ola bilər. Misal üçün, Facebook istifadəçiləri daha tez ünsiyyət qururlar və mesajlara tez cavab verirlər.

Mənbə: Milli.Az

 

24 iyun 2014
GO BACK