Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Birincilik Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşəbbüsü ilə reallaşıb.
Turnirdə 18 komandadan 100-ə yaxın güləşçi qüvvəsini sınayıb. 2 yaş qrupunda - 1998-99 və 2000-ci il təvəllüdlü pəvləvanların mübarizəsində Gəncə idmançılarıyla yanaşı Bakı, Sumqayıt, Abşeron, Şirvan, Hacıqabul, Kürdəmir, Lənkəran, Cəlilabad, Göyçay, Tərtər, Naftalan, Beyləqan, Qazax, Ağstafa, Daşkəsən, Şəmkir, Goranboy və Balakən güləşçiləri də qalib olmaq üçün döşək üzərində hünərini sərgiləyib.
Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının yetirmələrindən fəxri kürsünün ən yüksək pilləsində 42 kq çəki dərəcəsində Şükran Əhmədov, 46-da Neymət Əsədov və 85 kq-da Mətləb Teymurov yer alıb. Ağstafa güləşçilərindən 50 kq çəkidə Mirsadiq Mahmudlu və 54 kq çəki dərəcəsində Nəriman Aylarov qalib gəlib. Digər çəkilərdə 58 kq-da Ümid Məmmədov (Daşkəsən), 63-də Murad Orucov (Bakı), 69-da Sarı Bağırov(Şəmkir), 76 kq-da Əmrah Məmmədov (Daşkəsən) və 100 kq çəkidəHüseyn Yusubov (Göyçay) yarışın baş mükafatını qazanıb.
Ümumi nəticələrə görə, ən çox mükafat Gəncə idmançıları əldə edib. İkinci yerə Bakı, 3-cü yerə isə Ağstafa pəhləvanları sahib çıxıblar. Qeyd edək ki, qaliblər fəxri fərman və medallarla yanaşı kubokla təltif olunublar.