Qadin.NET / Skype-ın köhnə versiyası "ölür"

Skype-ın köhnə versiyası "ölür"

 

Skype telefoniya xidmətinin köhnə versiyalarının istifadəçiləri xidmətin şirkət tərəfindən dayandırılması təhlükəsi ilə əlaqədar proqramı yeniləməlidirlər. Windows istifadəçiləri üçün 2014-cü ilin yanvarı, Mac platformasında isə 2014-cü ilin fevralınadək buraxılmış versiyalardan söhbət gedir.
 Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft korporasiyasının Skype bölməsi proqramın Microsoft Windows və Apple OS X üçün köhnə versiyalarının dəstəyindən imtina elan edib. Yaxın bir neçə ayda Windows sistemi üçün 6.13 və ondan aşağı versiyalar, Mac platforması üçün 6.14 və daha aşağı versiyaların sahibləri öz hesablarına daxil olmaq imkanından məhrum ediləcəklər. Bunun üçün yeni versiyanı quraşdırmaq lazımdır.
 Skype proqramının Windows üçün 6.13 versiyası 2014-cü ilin yanvarında, Mac üçün 6.14 versiyası 2014-cü ilin fevralında buraxılıb.
Mənb: Milli.Az

 

23 iyun 2014
GO BACK