Qadin.NET / Bakıda güclü külək qaçqınları damsız qoydu

Bakıda güclü külək qaçqınları damsız qoydu

 

Dünəndən başlayaraq bu gün də davam edən güclü külək paytaxt binalarından birinin də damını uçurub

Milli.Az Qafqaz.info-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən və sovet dövründən yarımçıq qalmış binanın dam örtüyü uçub.
Sakinlərin sözlərinə görə, hazırda qaçqın və məcburi köçkünlərin yaşadığı həmin binanın damını elə bina sakininin özü, Cəbrayıldan olan İsmayıl kişi vurmuşdu. Lakin güclü külək damın uçmasına səbəb olub.
Sakinlər onlara yardım edilməsini  və aidiyyəti strukturlardan binaya dam örtüyünün vurulmasını xahiş edirlər.

Mənbə: Milli.Az

 

23 iyun 2014
GO BACK