Qadin.NET / Bakıda tələbələr yayda necə pul qazansınlar?

Bakıda tələbələr yayda necə pul qazansınlar?

 

Yay tətil vaxtıdır, eyni zamanda pul qazanmaq üçün yaxşı imkandır. Milli.Az xəbər verir ki, Day.Az saytı yay aylarında tələbələrin necə pul qazandıqlarını araşdırıb. 
Məlum olub ki, yay aylarında xidmət sahəsində işçilərə tələbat artır. Bunlardan biri də çimərlik işçisidir. Bu işçi kateqoriyasına ofisiantdan tutmuş menecerə qədər olan şəxslər daxildir. Çimərlik personalının gündəlik qazancı 20 manatdan 70 manata qədərdir.
İkinci aktual iş isə promouter vəzifəsidir. Promouterlər əsasən, insanların gur olduqları küçələrdə reklam materialları paylayırlar. Onların isə gündəlik qazancı 15-20 manat arasıdır.
Digər aktual iş isə ofisiantlıqdır. Onların gündəlik qazancları 15-20 manat arasıdır. “Çay pulu”ndan əldə etdikləri qazancı isə sirr olaraq saxlayırlar.
Yay aylarında tələbələrin işləmələri üçün kuryer vəzifəsi də mövcuddur. Kuryerin aylıq qazancı 200-400 manatdır.
Animator vəzifəsi də yay aylarında aktual peşələrdən sayılır. Onlar qonaqları əyləndirir, istirahətlərinin xoş keçməsini təmin edirlər. Animatorların gündəlik qazancı 20-50 manat arasıdır.
Dayəlik isə əsasən xanım tələbələr üçün aktualdır. Azərbaycanda valideynlər öz uşaqlarını gənc insanlara etibar etməyə üstünlük verirlər. Çünki onların xidməti təcrübəli insanların xidmətindən daha ucuz başa gəlir. Dayələrin aylıq qazancı 200-300 manat civarındadır.


Mənbə: Milli.Az

 

23 iyun 2014
GO BACK