Malayziyada məhkəmə qəribə qərar verib. ANS PRESS-in məlumatına görə, bu ölkədə qeyri müsəlmanlara Allah sözünü işlətmək ən yüksək məhkəmə instansiyası tərəfindən yasaqlanıb.
Malayziya Federal Məhkəməsi daha öncədən bu barədə qəbul edilən qərarı qüvvədə saxlayıb. Bununlada bu ölkədə xristianların Allah sözündən istifadəsi cinayət kimi qəbul edilib.
Qeyd edək ki, 2007-ci ildə xristianlar tərəfindən nəşr edilən "Herald" qəzetinin Allah sözündən istifadə edilməməsi yönündə qərar verilib, 2009-cu ildə Apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Malayziyada yaşayan xristianlar Allah sözünün ancaq müsəlmanlara aid olmadığını deyərək, bu sözdən ayinlərində istifadə haqları olduğunu deyiblər.
Müsəlmanların fikrincə isə Allah sözündən xristianların da istifadəsi ölkənin 60 faizini təşkil edən müsəlmanlarda çaşğınlığa və din dəyişikliyinə yol açacaq.
Mənbə: ANS PRESS