Bu gün dünyasını dəyişən Dövlət statistika komitəsinin sədri Arif Vəliyevlə yaşadığı mənzildə vida mərasimi keçirilib. Aznews.az-ın vida mərasimində iştirak edən əməkdaşının verdiyi xəbərə görə, mərasimdə tanınmış adamlar, dövlət rəsmiləri, ziyalılar iştirak ediblər. A.Vəliyevin müavini Yusif Yusifov əməkdaşımıza bildirib ki, mərhum komitə sədri ötən il Almaniyada müalicə aldıqdan sonra səhhəti normallaşıb. Amma son altı ayda A.Vəliyevin vəziyyəti yenidən ağırlaşıb və son bir ayda ümumiyyətlə işə çıxmayıb.
Mənbə: Milli.Az