Qadin.NET / Ailələrinin sehirbaz axtarışı: ona hər birimizin ehtiyacı var

Ailələrinin sehirbaz axtarışı: ona hər birimizin ehtiyacı var

Bu gün xarici ölkələrdə ailələrin əksəriyyətinin psixoloqu olsa da, Azərbaycanda bu sahədə mövcud durum fərqlidir. Bunun səbəbi isə psixoloqla bağlı yalnış düşüncələrdir.

Azərbaycanda psixologiya elminin qədim tarixi olduğunu deyən psixologiya üzrə fəlsəfə elmləri doktoru, psixoloq Vasif Muradzadənin sözlərinə görə, ilk olaraq ölkəmizdə güzəran psixologiyası, bunun üzərində isə psixologiya elmi formalaşmağa başlayıb:
“1989-91-ci ildə kurslar yaradıldı və buraya müxtəlif bölgələrdən ali təhsilli pedaqoqlar cəlb olundu. Məktəblərdə psixoloji xidmət başladı. Müəlim-şagird münasibətləri, çətin tərbiyə olunan uşaqlar, müəllim-valideyn problemlərini aradan qaldırmaq üçün psixoloqlar fəaliyyətə başladılar. Məktəbdə çalışan psixoloqları görən valideynlərin onlar haqda məlumatları genişləndi və psixoloqlara müraciət etməyə başladılar. Bakıda bu proses sürətlə getdi. BDU-da psixologiya fakütəsi yaradıldı və bu ixtisasın artması nəticəsində cəmiyyətdə psixoloqların sayı artmağa başladı. Bu say artdıqca onları tanıyan insanların da çoxaldı ki, onlara müraciət etməyə başladılar. Bu gün psixoloqlar KİV-lərdə çıxış edir, telekanallara dəvət olunurlar”.
Bu sahədə mövcud problemlərə gəldikdə isə V.Muradzadənin fikrincə, insanlar psixologiya elminə dərindən bələd olmadıqlarından psixoloqla psixiatrı aydınlaşdıra bilmirlər və nəticədə müraciətlər zamanı yanlışlıqlar baş verir: “Hansısa əqli cəhətdən anormal bir fərdin müalicəsi ilə bağlı psixoloqa müraciət olunur və psixoloq onları başa salanda ki, əsəb pozgunluqları ilə müalicə üçün psixiatra, nevropatoloqlara müraciət etməlidirlər, bu zaman onlarda narazılıq yaranır. Eləcə də psixoloqa müraciət edən insanı kənardan baxanlar problemi olan şəxs kimi başa düşürlər və fikirləşirlər ki, əqli çatışmazlığı var ki, o, psixoloqa müraciət edir. Bu gün  ölkəmizdə tanınmış psixiatrlar, eyni zamanda psixoloqlar var”.
"... Bəlkə də hec buna ehtiyac yoxdur"
V.Muradzadə deyir ki, inkişaf edən dövlətlərdə nəinki ailələrin - müəssisələrin, tədris ocaqlarıının psixoloqları var. Bizdə də tədricən bu proses gedir və hətta son zamanlar sürətlənib. Psixoloqun sözlərinə görə, son zamanlar baş verən kriminal hadisələr kifayət qədərdir:
“Cinayətkar öz cinayətini etiraf edərkən tam ayıq vəziyyətdə olmadığını deyir. Amma yoxlayanda aydın olur ki, belə bir hadisəni törədən insanda o qədər də anormallıq əlaməti yoxdur. Yəni, vaxtında psixoloqa müraciət edilsə, bunun qarşısını almaq mümkün idi. Bundan başqa, ailədaxili problemlər, boşanmaların sayının artması nəticəsində nəinki valideynlər, uşaqlara böyük zərbə dəyir. Onların psixologiyasında çatışmazlıqlar baş verir, həyatında stress hala gətirib onları nevroz vəziyyətinə çıxarır. Bütün bunlar onların beyninə psixoloji təsir göstərir və gələcəkdə onların cinayət əməllərinə getməsi ehtimalı artır”.
Psixoloq onu da bildirdi ki, bundan başqa, valideynlər işdə olduğu zaman uşaqlar ailədə tək qalır ki, məktəbə gedib-gəlmək, məktəbdə təsir altına düşmək məsələləri var:
“Şəhərdə urbanizasiya artıb və müxtəlif tərbiyəli insanlar var ki, bu mühitə düşən uşaqlar artıq çaşbaş qalır. Yəni, valideynin işdən evə gəldiyi müddətdə idarəsiz qalırlar. Bu zaman müxtəlif yönəlmələr, yayınmalar olur ki, valideynlər uşağında yaranan problemlə bağlı məktəbə müraciət edir. Həmin vaxt onların köməyinə psixoloqlar çatır. Bu zaman məktəb psixoloqunun verdiyi rəyə əsasən uşağın əgər anormallığı varsa, o, xüsusi məktəblərə göndərilir. Bəzi səbəblərdən uşaq elə anormal vəziyyətdə məktəbdə oxuyur. Valideyn məktəbdən gizlin olaraq uşağı üçün müraciət edəcək birini axtarır. Bu zaman psixoloqa da, psixiartra da gedib çıxırlar.
Uşaqla adi rəftar, düzgün istiqamətləndirmə, depressiya vəziyyətindən çıxarmaq üçün psixoloqun məsləhətinə böyük ehtiyac yaranır. Ancaq psixiatra müraciət edilərsə, bu zaman uşağı dərman, təbabət üsulu ilə müalicə edəcək ki, bəlkə də hec buna ehtiyac yoxdur. Amma əksinə elə uşaqlar var ki, onların psixoloqa deyil, sırf psixiatra ehtiyacı var və onlar hökmən tibbi nöqteyi nəzərdən müalicə olunmalıdırlar”.
V.Muradzadənin sözlərinə görə, əhalinin sayı artıb və psixoloqlar çatmır. Həmçinin psixoloji xidmət kabinetlərinin sayı azdır və bu zaman insanlar şəxsi tanıdığı psixiloqa müraciət edirlər:
“Xaricdə ailələrin sırf psixoloq və həkim psixiatrları olur. Həkim psixiatrlar bir neçə ailəyə xidmət göstərirlər, psixoloq isə ailəyə bir gün yox, bütün ailə üzvlərinə bütün yaşadığı müddətdə xidmət edir. Hətta həmin ailədə gənclərin ailə qurması, məktəbə göndərilməsinə, peşə yönümündə, istedadlarının üzə çıxarılmasında böyük xidmət göstərir. Təəssüf ki, bizdə maariflənmə işi sürətlə getməyib. Psixoloqa hər birimizin ehtiyacı var”.
"Psixoloq arzuları həyata keçirən sehirbaz deyil"
Psixoloq Xatirə Səfərova da hər bir ailənin psixoloqa ehtiyacı olduğunu deyir:
“Ailədə baş verən neqativ hallara öz prizmasından baxdıqda başqa cür yanaşsa da, psixoloq müəyyən olunmuş analizlər nəticəsində məsələnin həllini tapacaq. İnsanlar çox zaman öz personasını görə bilmir, bu səbəbdən də problemləri mənfi istiqamətdə həll edərək həllini tapmağa çalışır. Lakin psixoloq insanın davranış mexanizmini düzgün istiqamətə yönəldir.
Xarici ölkələrdə hər bir ailənin psixoloqu var. Hətta başları ağrıyanda belə ilk olaraq həkimə deyil, psixoloqa müraciət edərək səbəbini öyrənməyə çalışırlar. Psixoloq isə öz növbəsində problemin yaranma səbəbini tapır ki, bu zaman insan özünü daha rahat görə bilir. Nəinki o problemə emosional şəkildə yanaşaraq  məsələnin neqativ həllini tapır ki, bu isə boşanmalar, eləcə də uşaqların tərbiyəsində mənfi üsulların yaranması, uşaqlarla valieynlərin davranış metodlarında sağlam şəkildə  istifadə etməməyə yönəldir”.
Artıq Azərbaycan inkişaf etmiş ölkələrdən biri olduğunu deyən psixoloq deyir ki, insanların psixologiya elminə sahib olmasını istəyir:
“Lakin bizim şirkətə bir çox müraciətlər olur ki, bunlar ailədxilili münasibətlərin korlanması, xüsusilə də uşaqlarla bağlıdır. Psixoloqa müraciət etməzdən əvvəl elmindən məlumatı olmalıdır ki, niyə görə ona üz tutur. Psixoloq arzuları həyata keçirən sehirbaz deyil. O, sadəcə, insanın daxili personasını açıb özünə göstərir”.

Mənbə: Milli.Az

23 iyun 2014
GO BACK