Qadin.NET / Bakıda qəribə mənzərə: bala yad olmur

Bakıda qəribə mənzərə: bala yad olmur

 

Bakıdakı həyətlərdən birində ecazkar hadisə baş verib. Milli.Az Day.az-a istinadən bildirir ki, bu barədə Facebook-da Osman Əlimirzəyev məlumat yayıb.Onun sözlərinə görə, pişikləri ötən ay ölüb. Pişiyin 4 balası yetim qalıb.

"Pişik balaları kiçik olduğundan onlara şpris vasitəsilə süd verirdik. Günlərin birində isə səhər saatlarında həyətdəki itin onları əmizdirliyini gördüm. Gözlərimə inana bilmirdim. Düz deyirlər ki, bala yad olmur", - O.Əlimirzəyev yazıb.
Mənbə: Milli.Az

 

Bakıda qəribə mənzərə: bala yad olmur

 

22 iyun 2014
GO BACK