Qadin.NET / “Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq”

“Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq”

 

“Kim qalib gələcək, kim uduzacaq, bu mövzuda müzakirələri bitirmək lazımdır”.
QOL.az-ın xəbərinə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu ABŞ-a qarşı keçirəcəkləri DÇ-2014-ün oyunu ərəfəsində FİFA-nın saytına bildirib.
Bu gün Bakı vaxtı ilə saat 03.00-da başlanacaq həmin oyunda Portuqaliya uduzsa, plef-off-a çıxmaq hüququnu itirəcək.“Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq. Əgər heç-heçə olsa, yenə ikinci variant keçərli olacaq. Portuqaliya belə vəziyyətə alışmayıb. Hesab edirəm ki, bu durum komandamızı daha yaxşı oynamağa məcbur edəcək. Mən və futbolçular buna inanırıq”, – deyə Bentu bildirib.
Kriştianu Ronaldu haqda da danışan Bentu deyib: “Mən federasiya ilə müqavilə imzalayanda bütün məsuliyyəti Ronaldunun üzərinə qoymaq haqda düşünməmişəm. Uğursuzluq mənim problemimdir. Ronaldu önəmli futbolçudur, amma düşünmürəm ki, onun üzərində psixoloji təzyiq digər oyunçulardan çoxdur”.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK