Qadin.NET / Twitter SnappyTV-ni alır

Twitter SnappyTV-ni alır

 

Twitter mikrobloqlar şəbəkəsi videoların redaktəsi üçün həllər üzrə ixtisaslaşmış SnappyTV startapını satın alır. Şirkətdən bildirilib ki, bu xidmət onların videoreklamlarla işini asanlaşdıracaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, SnappyTV şirkətinin video və canlı yayımların redaktəsi üçün texnologiyaları artıq media şirkətləri tərəfindən geniş istifadə olunur. SnappyTV-nin saytına əsasən, şirkətin video, yayımçı və operator istehsalçıları arasında tərəfdaşları çoxdur. Sazişin maliyyə şərtləri açıqlanmır.Analitiklər bildiriblər ki, videoreklam hazırda internet bazarında ən gəlirli sahələrdən biridir.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK