Qadin.NET / Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək

Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənTrend-ə verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 18-23° isti, gündüz 24-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24° isti, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° isti təşkil edəcək.Azərbaycan rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Dağlarda gecə 14-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az
22 iyun 2014
GO BACK