Qadin.NET / Bu sizi nikotin asılılığından da xilas edəcək

Bu sizi nikotin asılılığından da xilas edəcək

 

Təbii balın faydalı xüsusiyyətləri barədə çox eşitmişik. Tək xalq təbabətində deyil, müasir tibb elmində də müxtəlif xəstəliklərin müalicəsi üçün baldan istifadə edilir. Bal insanın gücünü bərpa edir, orqanizmin müdafiə funksiyalarını hərəkətə gətirir. 

Milli.Az balın müalicə məqsədli bəzi reseptlərini təqdim edir: 
- Siqaret asılılığını azaltmaq üçün: bala batırılmış ananas dilimlərini yatmazdan öncə bir qədər çeynəmək. 
- Soyuqdəyməni aradan qaldırmaq üçün: bir çay qaşığı balın içinə 0,5 çay qaşığı qədər darçın qatmaq və gündə iki-üç dəfə yemək. 
- Burun tutulması zamanı: 1 çay qaşığı bal ilə bir çay qaşığı zəncəfil şirəsini qarışdıraraq gün ərzində 2-3 dəfə qəbul etmək. 
- Astma xəstəliyinin müalicəsi üçün: 1/2 çay qaşığı qədər dəfnə yarpağı tozu, 1/4 çay qaşığı qədər qara istiot və 1 çay qaşığı balla məhlul düzəltmək, gündə 2-3 dəfə qəbul etmək. 
- Həyəcan və depressiyalı günlərdə: 1 stəkan portağal şirəsinə 1 çay qaşığı bal və bir çimdik kiçik hindistan cevizinin tozunu qarışdırmaq, gün ərzində iki dəfə içmək. 
- Qarın ağrısı zamanı: 1/4  çay qaşığı dəfnə yarpağı tozu, 1/4 çay qaşığı kərəviz tumu və bir çay qaşığı balı qarışdırmaq, nahardan və şam yeməyindən əvvəl qəbul etmək. 
Sağlam olun! 

Mənbə: Milli.Az
22 iyun 2014
GO BACK