
Yer kürəsinə doğru meteor gəlir.Milli.Az müsavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər öldürücü təsiri olan səma cisminin hər an yer kürəsinə çırpılması təhlükəsi olduğunu deyiblər. NASA yer kürəsini bu cisimdən xilas etmək üçün çalışmalara başlayıb. Mütəxəssislər “Asteroid Retrieval Mission” adlı prosesin 2020-ci ildə baş verəcək pis hadisələrin qarşısını almaq üçün nəzərdə tutulduğunu deyiblər.
Səma cisimləri haqqında araşdırma aparan Lindley Johnson baş verməsi ehtimal edilən hadisəsinin dünyanın tarixini dəyişdirə və hər kəsə zərər verə biləcəyini deyib. Alimlər haqqında danışılan səma cisminin yer kürəsinə tərəf gəlməsinin qarşısını almağa çalışırlar. Mütəxəssislər yer kürəsi üçün təhlükəli olan səma cisimlərinin hərəkət istiqamətlərini dəyişmək üçün əllərindən gələni etdikləri deyirlər.
Mənbə: Milli.Az