Qadin.NET / Robotların Olimpiadası olacaq

Robotların Olimpiadası olacaq

 

Yaponiyanın baş naziri Sindzo Abe ölkə ərazisində robotların Olimpiadasını təşkil etmək istəyir. O, Olimpiadanı 2020-ci ildə keçirməyi təklif edir. Bu haqda yerli KİV məlumat yayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yüksəkvəzifəli məmur robot-texnika sənayesinin inkişafının sürətləndirilməsi üçün tədbirlərin görülməsi zəruriliyini qeyd edib.
"Mən 2020-ci ildə bütün dünya robotlarını bir yerə toplayaraq Olimpiya oyunları keçirmək istəyirəm. Robotlar öz texniki bacarıqlarını göstərərək bir-birləri ilə yarışa biləcək. Biz robotları ölkəmizin iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevirmək istəyirik", - Yaponiyanın Jiji Press informasiya agentliyi Sindzo Abenin sözlərindən sitat gətirib.
Hazırda Yaponiya robot texnikası sahəsində liderdir. Bu yaxınlarda yerli şirkətlərdən biri insan emosiyasını müəyyənləşdirən robot-humanoid təqdim edib.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK