Qadin.NET / Ən keyfiyyətli avtomobillər

Ən keyfiyyətli avtomobillər

 

Amerikanın J.D. Power and Associates şirkəti 86 min sürücü arasında keçirdiyi rəy sorğusu əsasında tərtib etdiyi 2014-cü ilin ən keyfiyyətli avtomobillərinin növbəti reytinq cədvəlini dərc edib. Maşın sahibləri ilk 90 gün ərzində üzləşdikləri bütün nasazlıqlar haqqında məlumat veriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, ən böyük dəyişiklik Hyundai-ın keçən ilki 10-cu yerdən indi 4-cü yerə sıçramasıdır. Bununla o hətta gözlənilmədən dördüncü yerə yuvarlanmış “Toyota” şirkətini belə ötüb keçib.
Liderliyi Porsche artıq ardıcıl ikinci ildir ki, əldən vermir. Satılmış hər Porsche maşınına görə nasazlıq və şikayətlərin sayı 80-dən 76-ya enib. İkinci yerdə Jaguar (87 nasazlıq), üçüncü isə 2012-ci ildə birinci olmuş Lexus şirkətidir 92 nasazlıq).
Cədvəldə ən axırıncı yeri və beləliklə ən keyfiyyətsiz məhsul istehsalçısı adını Fiat (206 nasazlıq) qazanıb.
"100 avtomobilə düşən nasazlıq sayı" reytinqi
Porsche 74
Jaguar 87
Lexus 92
Hyundai 94
Toyota 105
Chevrolet 106
Kia 106
BMW 108
Honda 108
Lincoln 109
Audi 111
Chrysler 111
Cadillac 115
Mercedes-Benz 115
Volvo 115
Ford 116
GMC 116
Ram 116
Buick 120
Nissan 120
Dodge 124
Land Rover 127
Infiniti 128
Volkswagen 128
Acura 131
Mini 133
Subaru 138
Mazda 139
Scion 140
Mitsubishi 145
Jeep 146
Fiat 206
Mənbə: Milli.Az

 

Ən keyfiyyətli avtomobillər

 

22 iyun 2014
GO BACK