Azərbaycanda hepatit C virusunun daşıyıcıları kimlərdir?
Müasir dünyanın əsas problemindən birinə çevrilən Hepatit C virusunun genişlənməkdə olan təhlükəsi barədə xəbərlər cəmiyyətdə xeyli narahatlıq yaradır. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar təhlükənin sürətlə yayıldığından xəbər verir. Təşkilatın bir il bundan əvvəlki statistikasında hepatit C virusu daşıyıcılarının 250-300 milyon, "hepatit B" virusu daşıyıcılarının isə 400 milyon nəfər olduğunu bildirilir.
Bu virusdan hər il dünyada 1,5 milyon adam ölür
Hepatit C və B virusların törətdiyi xəstəliklərdən ildə 1,5 milyon nəfər ölür. Azərbaycanda isə təxminən 400 min, bəzi təşkilatlatların göstərdiyi rəqəmlərdə isə, 750 min nəfərin bu virusa yoluxduğu göstərilir. Belə getsə, 2015-20-ci illərdə hepatit virusunun HİV virusundan daha təhlükəli hala gəlib çatacağı bildirilir. Virusun ən təhlükəlisi "B" və "C" növü hesab olunur. Bunun təhlükəliyi adı çəkilən virusların uzun müddət zahiri əlamətlərinin olmamasındadır. Ən çox təhlükəli hal isə hemofiliyalı, talassemiyalı xəstələrin hepatit virusuna yoluxmasıdır. Məsələ ilə bağlı problemli mövzulardan biri müalicə üçün gərəkən dərman pereparatlarının çox bahalı olmasıdır.
Baş epidemioloq: "Azərbaycanda 400 min insan hipatitə yoluxmuş olsa..."
Respublikanın baş epidemioloqu İbadulla Ağayev Milli.Az xəbər portalına açıqlamasında bildiridi ki, Azərbaycanda 400 min hipatitə yoluxmuş xəstə olması ilə bağlı məlumatları uydurma hesab edir. Onun sözlərinə görə, respublikada deyilən qədər hipatit xəstəsi olsa, ölkə batar. Azərbaycanın 4336 kəndi var. Həmin kəndlərin bütün əhəlisin yoxlasan belə 400 min hipatit xəstəsi olmaz.
Baş Epidemioloq qeyd etdi ki, Hepatit C virusu əsasən, xəstələrin qanında olur. Çünki virus qandan kənarda yaşaya bilmir: “Virusun birindən başqasına keçməsinin əsas yolu yoluxmuş insanın qanı ilə təmasda olması, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır. Qan köçürmə zamanı xəstə qanı ilə çirklənmiş alətlərdən istifadə olunması, stomatoloji alətlər, sterilizə olmamış cərrahi alətlərdən istifadə Hipatit virusuna yoluxma ehtimalını artırır. Bu virus cinsi yolla da birindən başqasına keçə bilir”.
Yeni doğulan uşaqlarda da hipatit ola bilər
İ.Ağayevi əlavə etdi ki, Hepatit C-yə yoluxma halları yeni doğulan uşaqlarda da ola bilər. Bunun üçün yeni doğulan uşaqların doğulan kimi hepatitə qarşı vaksinasiya aparılır.
Baş epidemioloq hesab edir ki, virusdan qorunmaq üçün ilk növbədə əxlaqsızlıq yuvaları dağıdılmalıdır: “Əhali özü əxlaqsız işlərlə, narkomaniya ilə məşğul olmamalıdır. Virus qan vasitəsilə də keçir. Bu hal əsasən, xəstəxanada daxili keçmə ola bilər. Ancaq daxil infeksiya 1% təşikil edir. Çünki xəstəxanalarımızda o qədər güclü dezinfeksiyaedici aparatlarımız, qoruyucu vasirtər var ki, virusua yoluxma halı minimuma enir. Evdə, işdə, xəstəxanada sanitar qaydalara əməl olunsa, bu virusun yayılma ehtimalı minimuma qədər azala bilər. Çünki C hepatiti virusu müsbət 60 dərəcə temperaturda 30 dəqiqəyə, 100 dərəcə temperaturda isə 2 dəqiqəyə tələf olur”.
Hepatitə yoluxmuş xəstələrin 90%-i C hepatitidir
Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutundan isə Milli.Az xəbər portalına verilən məlumata görə, dünyada məşhur olan hepatit C virusu uzun müddət öyrənilməyib. Həkim Tünzalə Əliyeva deyir ki, son illərdə virusun strukturu, genetikası, fəaliyyət mexanizmləri tam şəkildə öyrənilib və məlum olub ki, Hepatit "C", “A” və “B” virusundan daha təhlükəlidir.”Qan köçürülmüş və hepatitə yoluxmuş xəstələrin 90 faizi C hepatitidir. Bütün dünyada hemofiliyalı və talassemiyalı xəstələrdə qanköçürmə vasitəsilə yoluxmuş hepatitlərin 60-70 faizini, iynə ilə yoluxmuş narkomanlarda isə 70 faizini bu virus təşkil edir” - deyən T.Əliyeva əlavə etdi ki, bu xəstəlik əsasən, ümumi ferment analizlər vasitəsilə müəyyən olunur. Ferment analizlər sonradan, yəni, qanda virusun olub-olmaması ilə təsdiq edilir və yalnız bu metodla virusun olub-olmadığına təminat vermək mümkündür.
Mənbə: Milli.Az