Qadin.NET / Apple daha ucuz iMac təqdim edib

Apple daha ucuz iMac təqdim edib

 

Apple şirkəti yeni iMac təqdim edib. Yeni kompüter öncəki ucuz modeldəkindən daha az gücə malik olan prosessor ilə təchiz edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, kompüter 1,4 hiqaherz tezlikli Intel Core i5 prosessoru ilə təchiz edilib. Sərt diskin tutumu 500 qiqabayt təşkil edir.Yeni iMac Appel şirkətinin Amerika dükanlarında 1099 dollara satılır. Bu, kompüterin öncəki 2,7 qiqaherz tezlikli prosessorlu modelinin qiymətindən 200 dollar ucuzdur.Yeni iMacın istehsalı ilə bağlı ilk dəfə 2014-cü ilin aprel ayında şayiələr yayılıb. KGI Securities şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə əsasən, yeni ucuz model Apple şirkətinə HP və Lenovo məhsulları ilə rəqabət aparmağa imkan verir.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK