Qadin.NET / İranda milli internet sistemi yaradılır

İranda milli internet sistemi yaradılır

 


İranda milli internet sistemi hazırlanır. Bu haqda İranın Rusiyadakı səfiriMehdi Sanani məlumat verib.Milli.Az İCTnews-a istinadən bildirir ki, "Biz interneti inkişaf etdirməyə hazırlaşırıq", - o deyib və qeyd edib ki, ölkə virtual məkana böyük əhəmiyyət verir."Düşünürəm, İran və Rusiya kimi ölkələr internetin faydasını düzgün qiymətləndirirlər. Amma İran və Rusiyanın öz dəyərləri, öz mədəniyyəti, öz xüsusi prinsipləri var", - deyə səfir vurğulayıb. Onun fikrincə, gənc iranlılar Qərb virtual məkanının ədəbsiz təsirinə və mədəni xaosun təbliğatına məruz qalıblar.Sanani əmindir ki, milli internetin inkişafı virtual məkanın inkişafı üçün ən optimal yollardan biridir.
Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK