Qadin.NET / Oturaq həyatın yaratdığı dəhşətli xəstəlik

Oturaq həyatın yaratdığı dəhşətli xəstəlik

 

Oturaq həyat tərzinin çox təhlükəli olduğu çoxdan məlumdur. Artıq çəki, diabet və ürək-damar xəstəlikləri. Yeni araşdırmalar göstərib ki, oturaq həyat tərzi xərçəngin də yaranmasına səbəb ola bilər.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, iki saat ardıcıl oturmaq xərçəng riskini 10% artırır. Məsələnin məyusedici tərəfi isə odur ki, insanın idmanla məşğul olub-olmaması buna heç bir təsir göstərmir. Bu isə o deməkdir ki, hətta fiziki aktiv olan insanlar da həddən artıq otururlarsa, onların da xərçəng riskləri çoxdur. Alimlər ümumilikdə 4 milyon adam üzərində aparılmış 43 fərqli araşdırmanın nəticələrini öyrəndikdən sonra bu nəticəyə gəliblər.
Oturaq həyat tərzi, əsasən, mədə, endometriya və ağ ciyər xərçənginə yol açıb. Qadınlarda isə oturaq şəkildə keçən hər əlavə iki saat yumurtalıq xərçəngi riskini artırıb. 
Almaniyanın Reqenesburq universitetindən olan tədqiqat müəllifləri Daniel Şmit və Maykl Leytzmann öz hesabatlarında qeyd ediblər ki, oturaq həyat tərzi ilə xərçəng xəstəliyi arasında bir neçə bioloji bağlantı var. Bu bağlantılar arasında qeyri-sağlam qidaların qəbulu, şirin içkilərdən istifadə də var. 

Mənbə: Milli.Az

 

22 iyun 2014
GO BACK