İyun ayının 21-dən 22-ə keçən gecə Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən (Karl Marks) 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol asfalt-beton işləri ilə əlaqədar bağlanacaq
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.P.Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.P.Mürsəliyev əlavə edib ki, köməkçi yolda işlər təxminən bir həftə - 10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək
Mənbə: Milli.Az