Qadin.NET / Azərbaycan efirində rekord

Azərbaycan efirində rekord

 

Azərbaycanda dünya üzrə rekord məsafəyə radio əlaqə qurulub Milli.Az EL TV-yə istinadən bildirir ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki Idman Cəmiyyətinin nəzdində olan Radio İdman Federasiyasının və Milli Məclisin deputatı Mixail Zabelinin təşəbbüsü ilə “Qarabağ efirdə” adlı  radiomissiya baş tutub. 

Missiya çərçivəsində beynəlxalq komanda qurulub və həvəskar radio istifadəçiləri üçün Azərbaycanda radio stansiya yaradılması qarşıya məqsəd qoyulub. Səs-küyə həssaslığı ilə seçilən yüksək keyfiyyətli antena sabitliyi və sakitliyi ilə seçilən Goranboy şəhərində müvafiq bir yerdə quraşdırılıb.  Buradan rekord, 712 min kilometr  məsəfəyə, Ay vasitəsilə Yeni Zelandiyadakı radio istifadəçi ilə əlaqə qurulub. Həmçinin aparılan çoxlu sayda radioəlaqə testlərində “Qarabağ efirdədir” və “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” səsləri beynəlxalq radio istifadəçilərinə çatdırılıb. Avstraliya, Cənubi Afrika, Cənubi Koreya, Kanada və ABŞ-la əlaqələr yaradılıb. 3 milyondan artıq həvəskar radio istifadəçiləri arasında Nobel mükafatçıları - İspaniya kral ailəsi, Monako krallığı, Qandi ailəsi və başqaları da olublar.

Mənbə: Milli.Az

 

21 iyun 2014
GO BACK