Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Milli.Az AzerTAc-a istinadən Bakıda  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır. Temperaturun gecə 19-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21°, gündüz 30-35° isti olacağı gözlənilir.
Yuxarı QarabağXankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər  Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli  Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz 
 Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Mərkəzi AranMingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan  Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 32-37°, bəzi yerlərdə 39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran  Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 21-25°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir. 

Mənbə:Milli.Az
21 iyun 2014
GO BACK