Qadin.NET / Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı

Həyət evləri üçün icazə almağa ehtiyac qalmadı

 

Milli.Az-ın modern.aza istinadən xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir.
Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.
Qeyd edək ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Mənbə:Milli.Az

 

20 iyun 2014
GO BACK