Qadin.NET / "Kənd toyuqları"nın istehsalına qadağa qoyuldu

"Kənd toyuqları"nın istehsalına qadağa qoyuldu

Gəncənin bəzi toyuq kəsimi ilə məşğul olan müəssisələri antisanitar şəraitdə, mövcud qaydalar gözlənilmədən kəsilən toyuqları müştərilərə satmaq üçün, sözün əsl mənasında, min bir oyundan çıxırlar. Bunu, Standartlaşdırma Metrolgiya və Patenet üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin keçirdiyi yoxlamalar deməyə əsas verir.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hardan gətirildiyi məlum olmayan bu toyuqlar kustar üsulla hazırlanan su qablarında kəsilir. Daha sonra toyuqlar hamam üçün nəzərdə tutulan vannalara atılaraq isladılır. Növbəti proses isə antisanitar şəraitdə quşların istifadəyə hazır formaya gətirilməsidir. Bu cür ürəkbulandıran mənzərə Gəncədə fəaliyyət göstərən toyuq kəsimini və satışını həyata keçirən bəzi sahibkarlıq subyektlərinin istehsal sahəsidir. Standartlaşdırma Metrologiya və Patenet üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bu kimi müəssisələrdə standartın tələb və normaları gözlənilməməklə yanaşı, toyuq ətinin xüsusi kimyəvi maddələrlə boyandığı da aşkar edilib.
Fuad Nağıyev
, SMPDK-nin Gəncə Ərazi İdarəsinin baş məsləhətçisi: “Yeni kəsilmiş, yolunmuş çolpa əti və həmin çəkidə olan toyuq əti. Hər ikisi də sarı rəngdədir. Bununla da istehlakçı aldadılaraq kənd toyuğu adı ilə bu məhsulu alır. Ancaq bu toyuqlar xüsusi kimyəvi maddə qatılmış qablara yığılaraq saraldılır”.

Bundan başqa istehsal sahələrində quş ətinin saxlanılması üçün lazımi şəraitin olmaması, eləcə də məhsulun satış məntəqələrinə necə gəldi daşınması da müəyyən edilib.
Fuad Nağıyev: “Sexlərdə kəsilən toyuqların mənşəyi məlum deyil, hardan gətirildiyi və harda yetişdirildiyi haqqında heç bir məlumat yoxdur. Kəsim prosesində də antisanitar şərait hökm sürür. İstehsal sahələri standartın heç bir tələb və normalarına cavab vermir. Toyuqlar halal adı altında satılsa da, bunların halalıq dərəcələri müəyyən olunmur. Kəsim zamanı heç bir şəriət qaydaları gözlənilmir”.
Xatırladaq ki, sağlamlığımıza qənim kəsilən bu kimi istehsal sahələrinin fəaliyyətinə komitə əməkdaşları tərəfindən inzibati qaydada cərimələr tətbiq olunmaqla xitam verilib.

Mənbə:Milli.Az
20 iyun 2014
GO BACK