Rəngli və qazlı içkilər insan sağlamlığı üçün təhlükə yaradır.
ANS TV-nin məlumatına görə, yay ayları olanda insanların suya ehtiyacı birə beş artır. Xüsusilə də qazlı və rəngli içkilərdən istifadə edənlər daha çox olur. Amma bu cür içkilər insanlarIn sağlamlığı üçün ziyandır.
Mütəxəssislər rəngli və qazlı içkilərin insan orqanizminə vurduğu zərəri könüllü zəhər içməyə bərabər hesab edirlər. Çünki belə içkilərin tərkibində xüsusi rənglər olur ki, bu da insanda diskomfort hissi yaradir. Belə sular mədə-bağırsaq xəstəliklərinə yol açan amildir. Şəkərli diabet xəstəliklərinin yaranması istisna deyil. Həkimlər məsləhət də görürlər ki, adi sulardan istifadə edilsin.
Həkim Arzu Musayevanın sözlərinə görə, qarında köp yaradır: “Daha sonra isə mədədə bir sıra xəstəliklərin yaranmasına zəmin yaradır. Mədədə qıcqırma yaradır. Bu da gələcəkdə bir sıra xəstəliklərə səbəb olur”.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, belə içkilərin tərkibində, həm rəng verici, həm də dad verici maddələr olur. Əgər qablaşdırılmış suyun tərkibi içməli suyun tələblərinə cavab verirsə, o zaman onlar qablaşdırdıqda uzun müddət qalır. Amma onun tərkibinə qatılan rəngli maddələrin miqdarı yol verilən həddən çox olarsa, bu, bir sıra mənfi nəticələrə gətirib çıxarır.
İmran Abdullayev deyir ki, rəngli və qazlı içkilərin tərkibində həmçinin konservləşdirilmiş digər maddələr də var.
Ən pisi isə odur ki, paytaxt sakinləri bu suların insan orqanizmi üçün zərərli olduğunu bildikləri halda onlardan istifadəyə üstünlük verir.
Paytaxt sakini Elmar Süleymanov deyir ki, ağzımın dadının dəyişməsi üçün içirəm, amma bunun zərərli olduğunu da bilirəm.