Qadin.NET / "Azərbaycanlı sığortaçılar yığılan mükafatları doğrultmalıdırlar"

"Azərbaycanlı sığortaçılar yığılan mükafatları doğrultmalıdırlar"

Azərbaycanda göstərilən sığorta xidmətlərinin keyfiyyətinin artırılması bu günün ən aktual məsələlərindən biridir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin maliyyə naziri Samir Şərifov jurnalistlərə deyib.
Nazir bildirib: "Sığortaçıların öz müştərilərinə göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması üzərində işləmək lazımdır. Şirkətlər yığdıqları mükafatları doğrultmalıdırlar".
S.Şərifov qeyd edib ki, bazar kifayət qədər dinamik inkişaf edir: "Bu inkişaf bazar iqtisadiyyatı üçün səciyyəvi olan bütün əlamətlərə malikdir".
Qeyd edək ki, 2014-cü il yanvar-may aylarının yekunları üzrə ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin mükafatlarının ümumi həcmi 186,9 milyon manat təşkil edib ki, bu da ötən ilki göstəricidən 10,8 faiz (18,2 milyon manat) çoxdur. Hesabat dövründə ödənişlər isə 55,2 milyon manat həcmində (ötən illə müqayisədə 13 faiz çox) həyata keçirilib.
Mənbə:Milli.az
20 iyun 2014
GO BACK