Qadin.NET / Facebook-un "çökməsinə" nazirlikdən açıqlama

Facebook-un "çökməsinə" nazirlikdən açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda “Facebook” sosial şəbəkəsinin bağlanması ilə bağlı açıqlama verib.
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov aznews.az-a bildirib ki, “Facebook”a girişlə bağlı yaranan problem Azərbaycanla bağlı deyil: “Ölkədə internetin verilməsində heç bir problem yoxdur.
“Facebook” beynəlxalq sosial şəbəkədir. Digər tərəfdən də bunun Azərbaycanda istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb”.
Qeyd edək ki, bu gün “Facebook” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb. Səhifəyə daxil olan minlərlə şəbəkə üzvü "Sorry, something went wrong" ("Bağışlayın, bir şeylər yanlış oldu") xəbərdarlığı qarşılaşıb.
Mənbə:Milli.az
20 iyun 2014
GO BACK