Qadin.NET / Dərmanların qarışdırılması ölümə aparır

Dərmanların qarışdırılması ölümə aparır

 

Bir neçə dərman preparatının eyni vaxtda qəbulu təhlükəlidir.
Milli.Az xəbər portalı "Lancet"ə istinadən bildirir ki, geniş yayılmış bir neçə dərmanın eyni vaxtda qəbul edilməsi beynin fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.
Məsələn, depressiya, allergiya və ürək xəstəliklərindən olan farmasevtik preparatların eyni vaxtda qəbulu ölüm riskini də artırır.
London Kral Tibb Kollecində aparılmış tədqiqatlar göstərir ki, dünyada yaşları 65-dən çox olan insanların təxminən yarısı belə preparatlardan birini və ya bir neçəsini qəbul edirlər.
Amerika Herontoloq Həkimlər Assosiasiyasının son hesabatında isə bildirilir ki, müalicə kursu həblərdən ibarət "kokteyl"dən ibarət insanlar isə daha çox riskə məruz qalırlar.
Buna rəğmən, xəstələr dərman qəbulunu dərhal dayandırmamalıdır.
Alimlər beynin bir hüceyrəsindən başqasına siqnallar ötürən kimyəvi maddə olan asetilholini xüsusi diqqətlə araşdırıblar. Məlum olub ki, geniş yayılmış preparatların əksəriyyətində antiholinerji təsir var. Yəni onlar beyin hüceyrələrinin əsəb siqnallarını ötürmə imkanlarını azaldır.
Alimlər 80 preparatın antiholenerji təsirini 1-3 əmsalla qiymətləndirərək onların siyahısını hazırlayıblar.
1 bal beyinə zəif təsir, 3 ball isə güclü təsiri səciyyələndirib. Daha sonra isə herontoloqlar yaşları 65-dən artıq olan 13 min könüllünün qəbul etdikləri dərman preparatlarının toplam təsirini hesablayıblar. 
Güclü əlavə təsiri və 2 zəif təsirli dərman preparatını qəbul edən pasiyentdə beyin imkanlarının güclü azalması qeydə alınıb.
O da aydınlaşıb ki, belə preparatları qəbul edən hər 5 pasiyentdən biri dünyasını dəyişib. Antiholinerji təsirli preparatları qəbul etməyən pasiyentlər arasında isə ölüm hallarının sayı 7 faizdən artıq olmayıb.

Mənbə:Milli.Az

 

20 iyun 2014
GO BACK