Qadin.NET / Kafirin küfrü artdıqca...

Kafirin küfrü artdıqca...

 


Allah-Təalanın bir adı da Nurdur, hər şey Onun Nurunda görünür. Gözünə pərdə enmiş bir kor nemətin, gücün gerçək mənbəyini görə bilmədikcə haqdan uzaqlaşır, Haqdan uzaqlaşdıqca da özü öz gözündə böyüyür, özü öz gözündə böyüdükcə də öz cızığından çıxır, Allahın sərhədlərini “tapdalamağa” başlayır, səlahiyyətlərini “mənimsəyir.”

Kafir dediyin inkar edən deməkdir, Allahı, Onun Kitablarını, Peyğəmbərlərini, Haqqı inkar edən... Kafirin küfrü artdıqca fitnələri də onunla birlikdə yüksəlir.
Nə qədər ki, bu cür zavallının sözü keçir; nə qədər ki, iradəsindən, ağlından, mənliyindən imtina etmişlər qarşısında boyun əyirlər; nə qədər ki, sonsuz Səbir Sahibi ona verdiyi ömür möhlətini uzadır; nə qədər ki, ölümün hənirtisini üz-gözündə hiss eləmir, Haqqa da, Haqq dostlarına da düşmən kəsilir, nəmrud olub İbrahimi (ə.s.) oda atdırır, firon olub Musanın (ə.s.) qanına susayır, Əbu Cəhl olub Məhəmmədin (s.ə.s.) qətlinə fərman çıxarır...
Mənbə: Milli.Az
 

 

19 iyun 2014
GO BACK