Tərkibində çoxlu miqdarda əvəzedicilər və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida isə həzm sisteminin işini stimullaşdırır.
Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.
Zərərli ərzaqların "Top-10"u:
1. Çeynənən konfetlər, pastila, "meybonlar", "çupa-çups". Tərkiblərində külli miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri var.
2. Kartof və qarğıdalı çipsləri. Rəngləyicilərlə əvəzedicilərdən, karbohidratlarla yağların qarışığından başqa bir şey deyillər. Kartofel-fri də yaxşı heç nə vəd etmir.
3. Şirin qazlı içkilər. Şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır. "Coca-Cola" ərp və pası təmizləmək üçün daha yaxşı vasitədir. Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrasiyası çox ziyanlıdır - 1 stəkan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir.
4. Şokolad batonları. Kimyəvi əlavələr, genetik modifikasiyası dəyişdirilmiş məhsullar, rəngləyicilər və aromatizatorlardan ibarətdir.
5. Sosis və kolbasalar. Ətli delikateslər ən zərərli ərzaqlardır. Tərkibləri aromatizator və dad əvəzediciləri ilə pərdələnən "gizli yağlar"dan (donuz dərisi, salo, iç piyləri) ibarətdir. Kolbasaların, sardelkaların və sosislərin 80 faizi transgen soyadan ibarətdir.
6. Yağlı ət. Damarlara xolesterin yığır və orqanizmin qocalmasını sürətləndirir, ürək damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
7. Mayonez. Çox kalorilidir, tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar var, həmçinin rəngləyicilər, şirinlik verən maddələr, qida əvəzediciləri ilə boldur. Ketçup barədə də bu sözləri demək olar.
8. Tez hazırlanan əriştə. Orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz. Faydası və ləzzəti az deyil, amma zərəri daha çoxdur. Təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır.
10. Alkoqol. Ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur, qara ciyəri qara günə qoyur və çox kalorilidir.
Mənbə:Milli.Az