ESET beynəlxalq antivirus şirkəti internetin istifadəçilərin həyatında roluna həsr olunan sorğunun nəticələrini açıqlayıb.Sorğu iştirakçılarına İnternet məni daha çox... ifadəsini tamamlayaraq cavabın iki variantından birini seçmək təklif olunub.Milli.Az İCT nevs-a istinadən bildirir ki, internetin tarixdə ən böyük məlumat mənbəyi olması fikri ilə rəyi soruşulanların əksəriyyəti razılaşıb. Belə ki, respondentlərin 77 faizi internetin onları daha məlumatlı etdiyini etiraf edib. Lakin informasiya bolluğunun mənfi tərəfləri də var: istifadəçilərin dörddə bir hissəsi (25 faiz) unutqan və fikri dağınıq olduğunu bildirib.İnternetin digər kənar təsirlərini xarakterizə edən respondentlər vahid fikrə gələ bilməyiblər. Belə ki, istifadəçilərin 58 faizi hesab edir ki, şəbəkə onları tənbəlləşdirib, 42 faizi isə əksinə, daha fəal olmağa kömək edib.Respondentlərin internetin onların sosiallaşmasına təsiri ilə bağlı suala cavabları daha fərqli olub. Rəyi soruşulanların 53 faizi internetin onların sosial adekvatlığını azaltdığını, 47 faizi isə əksinə, daha populyar etdiyini bildirib. Bu sualda kişi və qadınların fikri üst-üstə düşüb: müvafiq olaraq 52 və 53 faiz sosial qeyri-adekvatlıqdan, 48 və 47 faiz populyarlığının artmasından danışıb.