İyunun 18-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı təşkil etdiyi "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi ilə bağlı mətbuat konfransı keçirilib.İyunun 19-dan 26-na qədər davam edəcək həftədə "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 film göstəriləcək.Kino həftəsi Rayon Mədəniyyət və Turizm Şöbələri və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi tərəfindən Baki, Sumqayıt şəhərlərində və respublikanın regionlarında həyata keçiriləcək.Mətbuat konfransında Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları Almaz Sultanzadə, Zöhrə Əliyeva, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova, sənədli filmlərin gənc müəllif və rejissorları Zamin Məmmədov, Kəmalə Musazadə və Yalçın Verdiyev filmlər haqqında jurnalistlərin suallarına cavab veriblər.Xatırladaq ki, iki sənədli filmin nümayişi iyunun 20-də və 25-də saat 14:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Mənbə:Milli.Az