Qadin.NET / Sirr açıldı: nəyə görə siqareti tərgidə bilmirik?

Sirr açıldı: nəyə görə siqareti tərgidə bilmirik?

Hər kəs siqareti tərgidə bilmir. Ən azından mütəxəssislər belə hesab edirlər. Onlar insan beynini skan etdikdən sonra belə nəticəyə gəliblər. Siqareti tərgitmək cəhdinin uğurlu alınması beyinin aktivliyindən asılıdır. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, insanlar müəyyən mükafat müqabilində, hətta külli miqdarda pul qarşılığında belə siqareti tərgitməyə həvəssiz olublar. Penn Steyt Universitetinin alimlərinin tədqiqatında 44 nəfər siqaret çəkən iştirak edib. İlk olaraq mükafat təklifindən sonra beyinləri skan olunub. 18-45 yaş arası siqaret çəkənlərə tapşırılıb ki, eksperimentdən 12 saat əvvələ qədər siqaret çəkməsinlər və nikatinli məhsullardan istifadə etməsinlər. Skanerdə olarkən könüllülər pul mükafatı olan oyunlar oynayıblar. Onlara deyilib ki, eksperiment 2 saat davam edəcək. Onlar fasilə zamanı siqaret çəkə bilərlər. Mükafata reaksiya nə qədər zəif olubsa, siqaret çəkmək arzusu bir o qədər çoxalıb. Fasilə vaxtı çatanda isə iştirakçılara deyilib ki, siqaretsiz keçirdikləri hər beş dəqiqəyə 1 dollar veriləcək. Siqaret çəkmək arzusu çox olanların beyinlərinin reaksiyası da zəif olub. 

Mənbə: Milli.Az

18 iyun 2014
GO BACK