Qadin.NET / Bakıda təhlükəli uşaq qidası satılır

Bakıda təhlükəli uşaq qidası satılır

 

Türkiyə mətbuatının məlumatına görə, Bursa şəhərində keçirilən monitorinq nəticəsində Milupa Aptamil uşaq qidasında geni dəyişdirilmiş orqanizmlər aşkarlanıb. Nümunələr götürülərək daha dərin laboratoriya araşdırması üçün Ankaraya göndərilib. İstehsalçı şirkət də press-reliz yayaraq faktı təsdiq edib. Bu ticarət markasının məhsulları Bakıda da satılır. Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Day.Az saytının əməkdaşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı ilə əlaqə saxlayıb. "Türkiyədə "Aptamil" adlı uşaq qidasında geni dəyişdirilmiş orqanizmlərin aşkarlanması mənə məlumdur. Bununla əlaqədar biz də yoxlamalar keçirəcəyik. AzTEST yoxlama-sınaq mərkəzində bir neçə laboratoriya var ki, onların bəziləri qida məhsullarında geni dəyişdirilmiş orqanizmlərin olub-olmadığını araşdırır. Bu cür analizlər 3-4 ay əvvəl başlanıb. Bu günə qədər keçirilmiş sınaqlar zamanı qida məhsullarında geni dəyişdirilmiş orqanizmlər aşkarlanmayıb. Tərkibində geni dəyişdirilmiş orqanizmlərin olduğu qida məhsullarının ölkəmizə gətirilməsi qadağandır. Bu cür faktlar standartın tələblərinin pozulmasıdır. Qayda pozucusu cərimə formasında inzibati məsuliyyətə cəlb olunur", - qurum rəsmisi deyib. 
Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK