Qadin.NET / Hər bir kişi bunu yoxlamalıdır

Hər bir kişi bunu yoxlamalıdır

 

Orqanizmimizdə problemlər olanda belə, həkimə həvəssiz müraciət edirik. Həkimə getməyə heç kimin həvəsi olmur. Sağlamlığınıza proaktiv münasibət, ciddi xəstəliklərin profilaktikası həkimə müraciətlərinizin sayını azalda bilər. Yaşından və ailə vəziyyətindən asılı olaraq kişilər fərqli müayinələrdən mütləq keçməlidirlər. Milli.Az hər bir kişi üçün ən zəruri olan müayinələrin siyahısını təqdim edir: 

Diabet
Əgər çəkiniz və boyunuz qaydasındadırsa, sağlam həyat tərzi keçirirsinizsə, xəstəlik əlamətləri (yüksək xolesterin və arterial təzyiq) görünmürsə, diabet testinə ehtiyac yoxdur. Lakin yaşınız 45-dən yüksəkdirsə və çəkiniz normadan artıqdırsa, qlyukoza və A1C testi sizə mane olmaz. 
Cinsi infeksiyalar 
Əgər sizin uzun müddət eyni qadınla intim həyatınız olubsa belə, cinsi xəstəliklərin yoxlanılması pis ideya deyil. Çünki bir çox cinsi infeksiyalar illərlə özünü gizlədə bilər. 
Bədənin massası indeksi 
Bunu yoxlamaq üçün həkimə getməyə də ehtiyac yoxdur. Sadəcə, boy və çəkinin münasibətini bilmək kifayətdir. Əgər boyunuz 170 sm, çəkiniz 70 kq-dırsa, bu, normal haldır. Əgər fərq böyükdürsə, mütləq diqqətinizi bu məsələyə yönləndirməlisiniz. 
Xolesterin 
Amerikanın kardioloqlar assosiasiyası kişilərə tövsiyə edir ki, 20 yaşdan etibarən hər 4-6 ildən bir xolesterini yoxlasınlar. Xolesterin miqdarı qan analizi ilə müəyyənləşir. 
Arterial təzyiq 
Xolesteril kimi yüksək arterial təzyiq də simptomsuz inkişaf edə bilər. Bu səbəbdən də arterial təzyiqi nəzarətdə saxlamaq vacibdir. 
Prostatın yoxlanması 
Prostat xərçənginin yoxlanılması mütəxəssislər arasında mübahisə mövzusudur. Bir çox tədqiqatlar göstərib ki, bu bahalı yoxlamaya böyük ehtiyac yoxdur, hətta bəzən zərərli də ola bilər. Ancaq 50 yaşdan sonrakı kişilərə tövsiyə edilir ki, bu barədə həkimlə danışsınlar. 

Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK