Qadin.NET / Bakıda yolların biri açılır, digəri isə bağlanır

Bakıda yolların biri açılır, digəri isə bağlanır

 

Bakıda təmir işləri ilə əlaqədar bağlanan mərkəzi yol bu gün axşam saatlarında açılacaq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev Trend-ə deyib ki, paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində artıq son xətlənmə işləri aparılır və yolun bu gecə avtomobillərin hərəkəti üçün açılacağı gözlənilir.Bu gün axşam saat 23:00-dan etibarən isə Cəlil Məmmədquluzadə küçəsindən Azər Əliyev küçəsinə qədər olan hissə təmir işləri ilə əlaqədar bağlanacaq.
Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK