Qadin.NET / 8 nüvəli planşetofon hazırlanır

8 nüvəli planşetofon hazırlanır

 

Philips şirkəti I928 adlı yeni, kifayət qədər güclü planşetofon nümayiş etdirib. Aparatın əsas üstünlüyü IPS matrisə əsaslanan və Full HD təsvir ölçüsünü dəstəkləyən 6 düymlük böyük ekran olmalıdır.Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat 1,7 QHs takt tezlikli MediaTek MT6592H prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 və 5 meqapiksellik kameralar (əsas kamera ikiqat işıq diodu işıqlandırıcısına malikdir), standart simsiz rabitə modulları dəsti, 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu halda aparatın qalınlığı 7,9 mm təşkil edir.İki SİM kart dəstəkləyən aparat Android 4.4 əməliyyat sistemi ilə işləyir və iyulda satışa çıxarılacaq
Mənbə: Milli.Az

 

17 iyun 2014
GO BACK