Qadin.NET / Ər arvadın oruc tutmasına mane ola bilərmi?

Ər arvadın oruc tutmasına mane ola bilərmi?

 

Valideyn övladın, ər arvadın vacib oruc tutmasına mane ola bilərmi?Milli.Az islam.az-a istinadən bildirir ki, namaz, oruc, həcc, xüms-zəkat kimi məsələlər şəriətin vacib hökmləridir və onların icrası üçün heç kimin icazəsi ya qadağanı şərt deyil. Allahın əmrindən üstün söz ola bilməz və hər kəs öz şəriət borcunu yerinə yetirməlidir. Əgər bu məsələdə problem yaransa, əvvəlcə xoşluqla onun həllinə çalışmaq lazımdır. Yəni qadın öz ərinə, övlad öz valideyninə kobudluğa yol vermədən, səbrlə öz sözünü deməli, ibadətin vacibliyini vurğulamalı, buna mane olanın günah qazandığını xəbərdar etməlidir. Əgər xoşluqla məsələ həll olmasa, ya gizli, ya da açıq şəkildə vacib ibadətlər icra edilməlidir. Qeyd edirik ki, bu, yalnız vacib (fərz) olan ibadətlərə aiddir, müstəhəb (sünnət) ibadətlərə aid deyil.
Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK