Qadin.NET / Meyvələrin bəhsi

Meyvələrin bəhsi

 

Armud

C və B1 vitamini, şəkər, üzvi turşularla zəngin olan armud mikrob əleyhinə təsirə malkidir. Ondan sidik yollarının infeksiyası və böyrəkdə daş olarkən daha çox istifadə olunmalıdır.
Armud şirəsi ürək ağrıları və ürək döyüntülərini aradan qaldırır. Bu meyvə həm də ishal xəstəliyinə qarşı işlədilir. Ondan alınan bəhməz qüvvətverici və sidikqovucu təsirə malikdir. Armud iştahartırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir. Diabet xəstəliyinə tutulanlara armud çox xeyirlidir. Armud malyariya xəstəliyinə tutulanlar üçün də faydalıdır.
Gilas
Gilasın müxtəlif növlərinin tərkibində şəkər, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin çoxdur. Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir.
Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir. Bu meyvədən xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi də istifadə etmək faydalıdır. Gilasdan bişirilən mürəbbə ilə çay içmək əhval-ruhiyyəni yaxşılaşdırır.
Gilənar
Gilənarın tərkibi şəkər, üzvi turşulari, mineral maddələrlə zəngindir. Ondan həm təzə dərilmiş halda, həm də kompot, mürəbbə, şirə hazırlamaqda istifadə edirlər.
Gilənardan hazırlanan mürəbbədən böyrək və sidik yolları xəstəliklərində istifadə edirlər.
Gilənar xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır, orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır. Gilənarın şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədəlir. Mürəbbəsi qızdırmanın, soyuqdəymənin düşmənidir, tərlədici vasitə kimi işlədilir.
Üzüm

 Hazırda üzüm mövsümüdür. Qırmızı və ağ üzüm yeyən insanlarda əhval-ruhiyyə həmişə yüksək olur.Üzümdə birbaşa qana qarışan 20 faiz şəkər var. Fiziki və zehni əməklə məşğul olanlar üçün ən yaxşı dərmandır. Qanı artırır, buna səbəb, üzümün tərkibindəki dəmirdir. Üzünüzə üzüm suyu sürtüb 10 dəqiqədən sonra yusanız, üzünüz təravətlənəcək. Üzüm böyrəklərin işini tənzimləyir, ürək döyüntüsünü nizamlayır, həmçinin qaraciyəri təmizləyir. Qara üzüm isə yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir

Mənbə: Milli.Az

 

17 iyun 2014
GO BACK