Qadin.NET / Nazirdən sosial kartlar barədə açıqlama

Nazirdən sosial kartlar barədə açıqlama

 

Azərbaycanda banklar sosial kartların buraxılışına son dərəcə aşağı maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.Nazir deyib: "Bu səbəbdən sosial yardımların verildiyi sosial kartların dəyişdirilməsi üzrə tenderin vaxtı dəyişdirildi. Komissiyadan mənə verilən məlumata görə, təəssüf ki, "Kapital Bank"dan başqa heç bir bank tenderdə iştirak üçün ərizə verməyib".S.Müslümovun sözlərinə görə, yaxın vaxtlarda bu məsələ həll ediləcək.Nazir əlavə edib: "Həmçinin qeyd edim ki, kartların dəyişdirilməsi istənilən halda, bankların marağının səviyyəsindən və maraq göstərən bankların sayından asılı olmayaraq həyata keçiriləcək".Hazırda ünvanlı sosial yardım (ÜSY) alanlar üçün plastik kartlar Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" tərəfindən buraxılır. Onlar həmçinin pensiya kartları buraxırlar.

Bütün banklar ünvanlı sosial yardım alanlar üçün plastik kartların yenilənməsi üçün yeni tenderdə iştirak etməyə buraxılır.Ünvanlı sosial yardım alanlar üçün plastik kartların yenilənməsinə dair qərar ÜSY-nin təyin olunması və ödənişi ilə bağlı mənfi halların aradan qaldırılması və bu sahədə şəffaflığın artırılması məqsədi ilə qəbul edilib.

Mənbə:Milli.Az

17 iyun 2014
GO BACK