Qadin.NET / Azərbaycanda güclü istilər olacaq

Azərbaycanda güclü istilər olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyədək yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 18-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.Azərbaycanın əksər rayonlarında iyulun 18-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK