Qadin.NET / Britaniyalılar qəhvə ilə inqilab edirlər

Britaniyalılar qəhvə ilə inqilab edirlər

Britaniyanın Bata universitetinin alimləri qəhvə xıltından bioloji yanacaq hazırlayıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, kimyaçı Kris Çak deyib ki, hər il dünyada 8 milyon ton qəhvə istehsal edilir ki, bu məhsuldan 1,3 milyard litr bioloji yanacaq hazırlamaq olar. Alimlərin sözlərinə görə, hər gün orta statistik qəhvəxanada 10 kq qəhvə xıltı qalır. Bundan 2 litr yanacaq hazırlamaq olar. Yanacaq istehsalı üçün isə müxtəlif qəhvə növləri uyğun gəlir. Alimlər hesab edirlər ki, Starbucks, Café Nero və Costa Coffee istehsalçılar Shell, BP və Esso kimi neft şirkətləri ilə rəqabət apara bilər. 

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK