Qadin.NET / Azərbaycanda hərbi paradın məkanı dəyişdi?

Azərbaycanda hərbi paradın məkanı dəyişdi?

Milli.Az xəbər verir ki, hərbi mənbələrdən Qafqazinfo-ya daxil olan məlumata görə, budəfəki parad Azadlıq Meydanında deyil, ölkənin böyük hərbi poliqonlarından birində keçiriləcək. Parad Şamaxıda Azərbaycanın ən böyük poliqonu olan Pur poliqonunda keçiriləcək.  Azərbaycan budəfəki paradda bütün hərbi-texniki potensialını nümayiş etdirmək niyyətindədir. Paradda ilk dəfə olaraq ordu üçün alınan T 90 tankları nümayiş olunacaq.Qeyd edək ki, bu, Zakir Həsənovun nazir postunda ilk paradı olacaq.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK