Qadin.NET / Yemək bizi yeməsin...

Yemək bizi yeməsin...

Yayda insanın daha az kaloriyə ehtiyacı olması və onun meyvə-tərəvəzlə qidalanmasının yetərli sayılması barədə geniş yayılmış təsəvvürlər yanlışdır.Alimlərin dediklərinə görə, yayda meyvə və tərəvəzlərin hesabına rasionda karbohidratların miqdarı artır.Lakin meyvə və  tərəvəzin tərkibində bitki lifləri, vitaminlər və mineral maddələr çox olsa da, xolesterin azdır. Məhz bu səbəbdən orqanizmdən xolesterin çıxır, yağ balansı qaydaya düşür.Milli.Az "Scientist"ə istinadən bildirir ki, arıqlamaq istəyənlər banan, yemiş, armud və üzüm kimi şirin meyvələrdən imtina etməlidirlər.Eyni zamanda, sadəcə, yay ayları hesabına orqanizmin qida maddələrə olan illik ehtiyacını təmin etmək mümkün deyil. Qida maddələri çatışmazlığı il boyu müşahidə olunur.Rasiondan zülalı da istisna etmək olmaz və bu səbəbdən də ət balıqla əvəzlənməlidir.Mineral sulara gəldikdə isə, ifrata varmaq olmaz. Çünki satışda olan qazlı suların istisnasız olaraq hamısında suya süni qaz vurulub."Narzan", "Yessentuki", "Badamlı" və ya "Sirab" təki mineral suları da çox içmək olmaz, çünki onların hamısının müəyyən, fərqli kimyəvi tərkibi var.Kvas, limonad, sərinləşdirici içkilər və süni şirələr ürək-damar xəstəlikləri, şəkərli diabeti, mədə-bağırsaq sistemi xəstəlikləri olan insanların başlıca düşmənidir.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK