Qadin.NET / Güləşçilərin öz dünyası olacaq

Güləşçilərin öz dünyası olacaq

Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası - FİLA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, toplantıda FİLA-nın fəaliyyəti, qarşıdan gələn tədbirlər barədə fikir mübadiləsi aparılıb, güləş idman növünün daha da inkişaf etdirilməsi məqsədilə yeni təkliflər irəli sürülüb.Güləş ictimaiyyətini maraqlandıran ən maraqlı təklif isə FİLA-nın adının və loqosunun dəyişdirilməsi təklifi olub. Belə ki, FİLA İcraiyyə Komitəsinin qərarına görə, qurumun adı UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası ilə əvəzlənə bilər.
İcraiyyə Komitəsinin bu qərarı bu ilin sentyabrında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı zamanı FİLA Konqresində müzakirəyə çıxarılacaq. Konqresin müsbət rəy verəcəyi təqdirdə FİLA-nın adı və loqosu dəyişəcək və UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası adlanacaq.

Mənbə: Milli.Az

17 iyun 2014
GO BACK